Ermənistanda 6 nəfər həbs edilib

Ermənistanda 6 nəfər həbs edilib

2022-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan arasında baş verən toqquşma ilə əlaqədar Ermənistanda müttəhimlərin sayı 16-ya çatıb. SİA erməni mətbuatına istinadən xəbər verir ki, onlardan 6-sı barəsində həbs qətimkan tədbiri seçilib, digərlərinin ölkədən çıxış qadağa qoyulub.

Təqsirləndirilən şəxslərin ittihamları barədə məlumat verilməyib, lakin qeyd edilir ki, ittihamlar əsasən, hərbçilərin müharibə dövründə xidməti vəzifələrini yerinə yetirməməsi, xidmətdən yayınmaq üçün vaxtında xidmət yerinə gəlməməsi, hərbi xidmət qaydalarını pozması ilə bağlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə