Pakistanın şimal-qərbindəki Bannu rayonunda partlayış baş verib, bir hərbçi həlak olub. SİA xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.
Məlumata görə, hadisə rayonun cənubundakı Canı-Xel ərazisində qeydə alınıb, naməlum şəxslər kustar üsulla hazırlanmış partlayıcı ilə hücum təşkil ediblər.
Ordu hazırda terrorçuları məhv etmək üçün hadisənin baş verdiyi ərazini təmizləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB