Avropa İttifaqının Tiflisdəki səfiri Pavel Qerçinski, Avropa Komissiyasının ilk dəfə olaraq oktyabrda Gürcüstanın Avropaya inteqrasiya yolunda nə qədər irəliləyiç etdiyini qiymətləndirəcəyini bildirib. SİA bu barədə gürcü saytlarına istinad edir.
Onun sözlərinə görə, ilin sonunda Avropa İttifaqının 27 üzvü Gürcüstanın tərəqqisini birgə müzakirə edəcək.
Diplomat vurğulayıb ki, Brüssel bu istiqamətdə işlərin 2023-cü ilin sonunda yekunlaşacağına və müsbət nəticə verəcəyinə ümid edir.
Səfir onu da əlavə edib ki, Tbilisi artıq bəzi tövsiyələri yerinə yetirib və beynəlxalq təşkilatlardan, o cümlədən Venesiya Komissiyasından qiymət gözləyir.
Qerçinski, Gürcüstanın əldə etdiyi irəliləyişin onun həyata keçirdiyi tövsiyələr əsasında qiymətləndiriləcəyini də qeyd edib.
“Bu, Avropa Komissiyası tərəfindən oktyabrda dərc olunacaq, bundan sonra Avropa İttifaqına üzv ölkələr nəticələri və növbəti addımları müzakirə edəcəklər. Beləliklə, bizi çox gərgin bir il gözləyir”.
Yeri gəlmişkən, “Vestnik Kavkaza”nın xəbərinə görə, bir müddət bundan əvvəl hakim “Gürcü arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Qərbin Gürcüstana münasibətini ədalətsiz bir münasibət adlandırmışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB