Krımı yayın sonuna qədər azad etmək olacaq?

Krımı yayın sonuna qədər azad etmək olacaq?

Hərbi ekspert Roman Svitan 2023-cü ildə Ukrayna qüvvələrinin rusları cənub bölgələrindən və Krımdan qovacağını bildirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Svitan

Donbassla bağlı sualların meydana çıxdığını bildirirb. Belə ki, onun fikrincə, bu ən çətin istiqamətə çevrilə bilər.

Qeyd edək ki, amerikalı general Mark Millidən nümunə gətirən Svitan, 2023-cü ildə Ukrayna qoşunlarının Azov sahillərinə çatacağına tam əmindir.

Onun dediyinə görə, bu, Rusiyanın Krım və Xerson qruplaşmalarının məhv edilməsinə səbəb olacaq.

“...Əvvəlcə Luqanska, sonra Krasnodona yola düşüb, Taqanroqa getməli olacağıq. Sonra bütün Donetsk qrupunu kəsib əməliyyat mühasirəsini bağlayırıq, sadəcə olaraq bizə kifayət qədər qüvvə və vasitə lazımdır ki, bu dəstəni kəsib saxlaya bilək.

Yenə də Rusiyanın 7000 kilometrinin olduğu şərq cinahı keçirilməli olacaq. Əgər müharibəyə müxtəlif səbəblərdən bu il son qoymaq mümkün olmasa, o zaman biz növbəti 2024-cü ilə qədər Donbassla məşğul olmalıyıq”.

Hələ 2022-ci il noyabrın sonunda Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak, altı aydan sonra Krımın Rusiya işğalından azad olunacağını bildirmişdi.

Amma maraqlıdır ki, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli, işğal altındakı Krımın hərbi yolla azad edilməsi ehtimalı az olduğunu bildirib.

ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hodces isə əmindir ki, əgər Ukrayna ordusu tərəfdaş ölkələrdən lazımi silahlar alarsa, bu halda Krımı yayın sonuna qədər işğalçılardan azad etmək olacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə