Türkiyənin Şimali Afrika ölkələrinə ixracı artıb

Türkiyənin Şimali Afrika ölkələrinə ixracı artıb

Türkiyənin Şimali Afrika ölkələrinə ixracı ötən il 2021-ci il ilə müqayisədə 5,1 faiz artaraq 13 milyard 148 milyon dollar təşkil edib.

Türkiyə İxracatçılar Məclisinin məlumatınna görə, Türkiyənin ixracatı 2022-ci ildə əvvəlki ilə müqayisədə 12,9 faiz artaraq 254 milyard 210 milyon dollara çatıb.

2022-ci ildə Mərakeşə 2 milyard 968 milyon dollar, Əlcəzairə 1 milyard 914 milyon dollar, Tunisə 1 milyard 505 milyon dollar, Liviyaya 2 milyard 408 milyon dollar, Misir və Sudana 3 milyard 928 milyon dollar və 423 milyon dolları olmaqla Şimali Afrika ölkələrinə 13 milyard dollardan çox ixrac edilib.

Ötən ay Misirə 348,9 milyon dollar, Mərakeşə 212,9 milyon dollar, Əlcəzairə 183 milyon dollar, Liviyaya 212,3 milyon dollar və Sudana 47,9 milyon dollar ixrac reallaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə