Yaponiyanın baş naziri Rusiya ilə sülh bağlamaq istəyini açıqlayıb
Yaponiya Moskva ilə çətin münasibətlərə baxmayaraq, Rusiya ilə sülh sazişi bağlamaq niyyətindədir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Yaponiyanın baş naziri Fumio Kişida parlamentin açılış iclasındakı çıxışında deyib.
Onun sözlərinə görə, Tokio Moskva ilə danışıqlar yolundadır. “Rusiya ilə münasibətlərdəki çətin vəziyyətə baxmayaraq, ölkəmiz hələ də ərazi məsələsini həll etdikdən sonra sülh müqaviləsi bağlamaq üçün danışıqlara istiqamətli kursunu davam etdirir”, - deyə Yaponiya Nazirlər Kabinetinin rəhbəri bildirib.
Qeyd edək ki, bundan əvvəl Yaponiya 2003-cü ildən bəri ilk dəfə olaraq özünün “Diplomatiyaya dair mavi kitab”ında cənubi Kuril adalarını rəsmi olaraq Rusiya tərəfindən “qanunsuz işğal olunmuş” Yaponiya ərazisi adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB