Latviya Rusiya səfirinin ölkədən çıxarılmasını elan edib

Latviya Rusiya səfirinin ölkədən çıxarılmasını elan edib

Bu arada Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Rusiya ilə diplomatik münasibətlərin səviyyəsinin aşağı salındığını və Rusiya səfirinin Riqadan qovulduğunu açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Latviya Xarici İşlər Nazirliyi öz addımını Estoniya ilə həmrəyliklə izah edib.

Belə ki, Riqa bununla bağlı Rusiya səfirin ölkədən çıxarılması və diplomatik münasibətlərin səviyyəsinin aşağı salınması ilə bağlı oxşar qərar qəbul edib.

“Rusiyanın Ukraynaya qarşı davam edən qəddar təcavüzü və Estoniya ilə həmrəylik səbəbindən, Latviya fevralın 24-dən etibarən Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salacaq və Rusiyadan buna uyğun hərəkət etməyi tələb edəcək”.

Qeyd edək ki, bunu Litvanın xarici işlər naziri Twitter hesabında yazıb.

Xatırladaq ki, bundan əvvəl Estoniyanın Ukraynaya 155 millimetrlik haubitsaların verəcəyi bildirilmişdi. Bunlar Ukraynaya 113 milyon avro məbləğində hərbi yardım paketinə daxil ediləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə