Çexiya prezidentliyinə namizəd Polşaya hücum ediləcəyi təqdirdə Varşavaya kömək etməyəcəyini deyir
“Mən sülh istəyirəm”

Çexiyanın xarici işlər naziri Yan Lipavski bazar ertəsi Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl Polşaya hücum ediləcəyi təqdirdə, qonşu Çexiyanın ona kömək edəcəyini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə polyak dilində tvit yazıb.

Maraqlıdır ki, Polşaya və ya Baltikyanı ölkələrə konkret kimin hücum edə biləcəyini Lipavski deməsə də, kontekstdən burada Rusiyanın nəzərdə tutulduğu aydın görünür.

Xatırladaq ki, Polşa, Estoniya, Litva və Latviya kimi Çexiya da NATO-nun üzvüdür. Onu da xatırladaq ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsində qeyd olunur ki, müttəfiqlərdən birinə hücum bütün alyansa hücum kimi qiymətləndirilməlidir.

...Amma Çexiya prezidentliyinə namizəd Andrey Babis Rusiyanın NATO ölkələrinə hücumu halında Polşa və Baltikyanı ölkələrə çex qoşunlarını göndərməyəcəyini bildirib.

“Çexiyanın keçmiş baş naziri və prezidentliyə namizəd Babiş indicə bildirib ki, əgər o, prezident olarsa, Rusiya Polşa, Estoniya, Litva və Latviyaya hücum edərsə, bu ölkəyə əsgər göndərməyəcək”.

Qeyd edək ki, Babişə bunun NATO üzv ölkələrinin öhdəliyi olduğu deyiləndə o, “Mən sülh istəyirəm” cavabını verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə