“Moskva danışıqlardan imtina etmir”

“Moskva danışıqlardan imtina etmir”

Qərb Rusiyanı 1991-ci il sərhədlərinə qaytarmaq istədiyini gizlətmir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə yanvarın 23-də keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.

Bununla yanaşı, rusiyalı diplomat Qərb nümayəndələrinin sülh danışıqlarının hələ tez olması barədə tez-tez bəyanatlarına diqqət çəkib.

Onların fikrincə, bu vəziyyətdə daha çox qalib gəlmək və güclü mövqedən danışıqlara başlamaq lazımdır.

Lavrovun sözlərinə görə, Moskva danışıqlardan imtina etmir. Bununla belə, Qərb sülh yolu ilə nizamlanmadan nə qədər qaçarsa, münaqişənin həllini tapmaq bir o qədər çətinləşəcək.

Xatırladaq ki, bundan əvvəl Sergey Lavrov, Qərbin hələ də Rusiyanı döyüş meydanında məğlub etmək ümidini qoruduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə