...Artemivskdəki Ukrayna qoşunları müqavimət göstərir və belə görünür ki, onlar geri çəkilmək niyyətində deyillər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu
Donetsk Xalq Respublikası rəhbərinin səlahiyyətlərini icra edən Denis Puşilin “Rossiya 24” telekanalının efirindən deyib.
Puşilinə görə, PMC “Vaqner” Soledarın azad edilməsindən sonra Artemovsk yaxınlığında irəliləyir, şəhərin özündə isə döyüşlər güclənir.
“Bir sıra ərazilərdə, o cümlədən ət kombinatında şiddətli döyüşlər gedir, düşmən müqavimət göstərir, onun təslim olması, silahı yerə qoyması və geri çəkilməsinə heç bir ilkin şərt yoxdur”, - deyə Puşilin bildirib.
Bundan əlavə o, Rusiya Federasiyası bölmələrinin Artemovski azad etmək üçün mümkün və mümkün olmayan hər şey etdiklərini, lakin dediyimiz kimi, hələ ki, heç nəyə nail olmadıqlarını bildirib.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl “Agence France-Presse” ABŞ-ın Kiyevə qoşunlarını Artemovskdan çıxarmağı və cənubda hücuma hazırlaşmağı tövsiyə etdiyi barədə məlumat vermişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB