Pakistanda milli elektrik şəbəkəsindəki nasazlıq səbəbindən ölkə üzrə elektrik enerjisi kəsilib.
Pakistan işıqsız qaldı

Pakistan Energetika Nazirliyindən yayılan məlumata görə problemin aradan qaldırılması istiqamətində işlər aparılır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, paytaxt İslamabad, Kəraçi, Lahor və Pişəvər də daxil olmaqla bir çox şəhər elektrik enerjisiz qalıb.

Məlumata görə, ölkə miqyasında yaranan problem 12 saat ərzində həllə qovuşdurulacaq.

Pakistanda infrastrukturun zəif olması səbəbindən elektrik enerjisi tez-tez kəsilir.

Bütün xəbərlər Facebook səhifəmizdə