Amerika Birləşmiş Ştatları digər ölkələri Rusiya ilə işləməməklə hədələyərək bütün qırmızı xətləri keçir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Cənubi Afrika Respublikasından olan həmkarı ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
Lavrov ABŞ hakimiyyətinin hazırda Afrika ölkələrinə münasibətdə yeritdiyi, onları təhdid və şantaj yolu ilə Rusiya ilə əməkdaşlığa qarşı qoyduğu siyasətdən danışıb.
Rusiya XİN rəhbərinin fikrincə, analoji olaraq, Britaniya hakimiyyət orqanları da özlərini artıq belə aparmağa başlayıblar.
Lavrova görə, ABŞ-ın Afrika ölkələrinə etdiyi təzyiqlər təkcə onlara deyil, Asiya, Latın Amerikası ölkələrinə də aiddir. Belə ki, amerikalılar daim açıq şəkildə Rusiya ilə əməkdaşlıq edənlərin peşman olacaqlarını bildirib, hətta böyük dövlətləri belə hədələməkdən çəkinmirlər.
Rusiyalı nazirin fikrincə, ABŞ və Britaniya təhdid və təzyiq göstərərək bütün qırmızı xətləri keçirlər.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Sergey Lavrov, Rusiya ilə Qərb arasında müharibənin xarakterinin dəyişdiyini, yəni hibrid olmaqdan çıxaraq reallaşdığını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Qərbin Rusiya ilə belə bir qarşıdurmaya çoxdan hazırlaşdığını da istisna etməyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB