ABŞ-ın Krım ərazisinə zərbələr endirmək üçün Kiyevə uzaqmənzilli ATACMS raketlərinin tədarükü ilə bağlı bəyanatları “psixoloji müharibə”nin elementlərindən biridir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu sözləri yanvarın 23-də jurnalistlərlə söhbəti zamanı Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
O, Krım ərazisinə zərbələr endirmək üçün Kiyev rejiminə uzaqmənzilli ATACMS raketlərinin verilməsi ilə bağlı ABŞ konqresmenlərinin təşəbbüsünü şərh edib. Diplomatın sözlərinə görə, bu cür bəyanatların verilməsində əsas məqsəd psixoloji təzyiq göstərməkdir.
“Bu, psixoloji müharibənin elementidir. Öz növbəsində, psixoloji müharibə ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərbin Rusiyaya qarşı davam edən, lakin intensivləşən hibrid müharibəsinin bir hissəsidir”
Rusiya xarici işlər nazirinin müavini bildirib bunu.
Onun sözlərinə görə, Moskva dəfələrlə kollektiv Qərb ölkələrinə Ukraynanı uzaqmənzilli raketlərlə təmin etməklə bağlı xəbərdarlıq edib və bildirib ki, bu cür addımlar münaqişənin gərginləşməsinə gətirib çıxara bilər.
“Eskalasiya ən təhlükəli yoldur və nəticələri gözlənilməz ola bilər. Bu siqnallar qəbul edilmir”- deyən Ryabkov, Rusiyanın rəqiblərinin tarifləri artırmasına baxmayaraq, Kremlin Ukraynadakı məqsədlərinə istənilən halda nail olacağını bildirir
...Kiyevə verilən hərbi texnikaya gəlincə, yenə də Ryabkov fikrincə, guya əvvəllər tədarük edilənlər kimi, Rusiya Silahlı Qüvvələri tərəfindən sözün əsl mənasında məhv ediləcək.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Maykl Makkol Ukrayna silahlı birləşmələrini raketlərlə təmin etmək ideyası ilə çıxış edib.
Onu da qeyd edək ki, bu uzunmənzilli raketlər Krım yarımadasına zərbə endirməyə imkan verəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB