Əli Ərbaş: "120 ölkədə məhkəmələrə müraciət edəcəyik"

Din İşləri üzrə İdarənin rəhbəri Əli Ərbaş Türkiyenin Stokholm səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı jurnalistlərin suallarını suallarını cavablandırıb.
Əli Ərbaş: "120 ölkədə məhkəmələrə müraciət edəcəyik"

“İdarəmizin 120 ölkədəki attaşeləri və məsləhətçilərinin rəhbərliyi altında məhkəmələrə müraciət formasında aksiyamız olacaq”.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu Din İşləri üzrə İdarənin rəhbəri Əli Ərbaş Türkiyənin Stokholm səfirliyi qarşısında Qurani-Kərimin yandırılması ilə bağlı Ankarada görüşdüyü media qurumlarının nümayəndələrinin suallarını cavablandırarkən deyib.

“İslamofobiya ilə bağlı çağırışlar olacaqmı?" sualını cavablandıran Ə.Ərbaş Avropadakı ziyalılara çağırış edəcəklərini bildirib.

"Müxtəlif dairələrin nümayəndələrinə məktub ünvanlayacağıq, bunun üçün fəaliyyətlərə başlamışıq. Yanvarın 26-da İslam Əməkdaşlıq Təşkilatı ilə onlayn görüş planlaşdırırıq. Burada təkcə İsveçdəkı mənfur Qurani-Kərimi yandırma aksiyasına qarşı deyil, həm də birlikdə reaksiyamızı göstərməyə çalışırıq", -deyə o qeyd edib.

İsveçdə Qurani-Kərimin yandırıldığı aktı Din İşləri üzrə İdarənin məhkəməyə verib-verməyəcəyi ilə bağlı sualı cavablandıran Əli Ərbaş onu da deyib ki, yanvarın 22-də şöbə başçıları və sədr müavinləri ilə çox mühüm görüş oldu. Həmin görüşdə danışdığımız mövzulardan biri də odur ki, 120 ölkədəki atteşəliklər və müşavirliklərin rəhbərliyi altında məhkəmələrə müraciət formasında aksiyamız olacaq. Bu cür hücumlara qarşı mövqe tutma nöqtəsində öz mövqeyimizi ortaya qoyacağıq.

Xatırladaq ki, Danimarkanın ifrat sağçı Sərt Xətt Partiyasının lideri Rasmus Paludan şənbə günü Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırıb və izdihamlı polisin himayəsi altında keçirilən etiraz aksiyasında heç kimin Paludana yaxınlaşmasına icazə verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə