Almaniya və Fransanın qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizəsi

Almaniya və Fransa qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iki ölkənin sərhədini birgə patrul etmək barədə razılığa gəliblər.
Almaniya və Fransanın qeyri-qanuni miqrasiyaya qarşı birgə mübarizəsi

Almaniya və Fransa qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə iki ölkənin sərhədini birgə patrul etmək barədə razılığa gəliblər.

SİA-nın twrk saytlarından əldə etdiyi məlumata görə, Fransanın paytaxtı Parisdə Yelisey sarayında keçirilən 23-cü Fransa-Almaniya Nazirlər Şurasının iclasında Fransa daxili işlər naziri Gerald Darmanin və Almaniyanın daxili işlər naziri Nensi Feaser bir araya gəlibl'r.

Görüşdən sonra Darmanin tvitter hesabında Fransa-Almaniya Nazirlər Şurasının iclası münasibətilə Feaser ilə qeyri-qanuni miqrasiya ilə mübarizə üçün birgə qrupun yaradılmasına dair saziş imzaladığını açıqlayıb.

Açıqlamada Fransa və Almaniyanın miqrasiya axınına daha yaxşı nəzarət etmək üçün birlikdə hərəkət etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə