Bu arada Estoniyanın Kiyevdəki səfiri Kaymo Kuusk, ölkəsinin ordusunda olan 155 mm-lik haubitsaların hamısını Ukraynaya veriləcəyini bildirib.
SİA bu barədə belarus saytlarına istinad edir.
Estoniyanın bu iri çaplı haubitsalarının bütün ehtiyatı Estoniya hakimiyyətinin yaxın gələcəkdə təmin etmək niyyətində olduğu Ukraynaya 113 milyon avroluq hərbi yardım paketinə daxil ediləcək.
Qeyd edək ki, Kiyevə verilən silahların dəyəri Baltikyanı ölkənin ÜDM-nin 1 faizini təşkil edir.
Maraqlıdı ki, estoniyalı diplomat bu təşəbbüsü, Tallinin presedent yaratmaq istəyi ilə əlaqələndirib.
Yəni başqa ölkələr daha Kiyevi lazımi silahlarla təmin edə bilməmələri üçün bəhanələr axtarmasınlar. Budur, “...biz bütün 155 millimetrlik haubitsalarımızı Ukraynaya veririk”.
Qeyd edək ki, FH-70 haubitsaları və 122 mm-lik D-30 toplarından başqa, Estoniya Ukraynaya onlar üçün on minlərlə artilleriya mərmisi, eləcə də sursatlarla birlikdə bir neçə yüz M2 “Karl-Qustaf” tank əleyhinə qumbaraatan göndərəcək.
Yeri gəlmişkən, bir müddət bundan əvvəl Polşa Xarici İşlər Nazirliyi Berlinin Ukraynaya “Leopard” tanklarının tədarükünə razılıq vermədiyi təqdirdə Almaniyanı beynəlxalq təcridlə hədələyib. Varşava nümayəndəsinin fikrincə, Berlinin bu cür mövqeyi Almaniyanın mövqeyini zəiflədə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB