İranda üç qadın jurnalist saxlanılıb

İranda üç qadın jurnalist saxlanılıb

İranda üç qadın jurnalist saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İran Jurnalistləri Həmkarlar Birliyi məlumat yayıb.

Qeyd edilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Məlumata görə, onlar Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Jurnalistlər rejim əleyhinə “təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək”də ittiham olunurlar.

İran insan hüquqları fəallarının məlumatına görə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə