Oktyabrda Krım körpüsündə baş verən partlayışla Bolqarıstanın heç bir əlaqəsi yoxdur.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bunu Bolqarıstanın baş prokuroru İvan Qeşev deyib.
Onun sözlərinə görə, Sofiya şəhər prokurorluğundan olan həmkarları Bolqarıstanın Krım körpüsündə baş verən partlayışla heç bir əlaqəsi olmadığını müəyyən ediblər.
Bolqarıstan prokurorunun sözlərinə görə, Rusiyanın Bolqarıstanın körpüdə baş verən insidentdə əli olması ilə bağlı bəyanatları Rusiyanın bütün Avropa ictimaiyyətinə daha bir hibrid hücumudur.
Yeri gəlmişkən xatırladaq ki, oktyabrın 8-də səhər tezdən Krım körpüsündə güclü partlayış baş verib və partlayış nəticəsində avtomobil yolunun bir neçə hissəsi dağılıb, dəmir yolu relsləri isə zədələnmişdi.
Qeyd edək ki, Rusiya dərhal hər şeydə - hətta partlayışın nəticələrinin ilkin ləğvindən əvvəl də Ukraynanı günahlandırdı.
Daha sonra, yəni partlayışdan sonra ikinci gün Rusiya hakimiyyət orqanları partlayışın necə təşkil edildiyinin “tam versiyasını” açıqladılar.
Deməli, Kremlin məlumatına görə, əvvəlcə Bolqarıstandan çıxan, Gürcüstan və Ermənistana səfər edən, daha sonra Rusiyaya gələn yük maşını körpüdə partlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB