İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib ki, İnqilab Mühafizləri Korpusunun terrorçular siyahısına salınmasını tələb edən qanun layihəsi Avropa Parlamentində (AP) təsdiqlənərsə, İran Nüvə Silahlarının Yayılmaması Sazişindən (NPT) çıxacaq.
İran Tələbələr Xəbər Agentliyi – İSNA-nın məlumatına görə, H.Ə.Abdullahiyan mətbuata verdiyi açıqlamada sözügedən mövzu ilə bağlı bildirib: “Bəzi avropalı diplomatlar, məsələn Almaniyanın xarici işlər naziri (Annalena Baerbock) kifayət qədər təcrübəyə malik olmadıqları halda iş başındadırlar. Əgər onlar ağıllı kurs tutmasalar və siyasi mövqelərini düzəltməsələr, bütün imkanları nəzərdən keçirəcəyik”.
SİA-nın əldə etdiyi məlumata görə, yanvarın 19-da Avropa İttifaqı (Aİ) İrana qarşı daha çox sanksiyalar tətbiq etmək, İranın dini başçısı Ayətullah Əli Xamenei və ölkə prezidenti İbrahim Rəisiyə qarşı sanksiyalar, İran İnqilab Mühafizləri Ordusunun Avropa İttifaqının terror siyahısına daxil edilməsi kimi məcburi olmayan qətnamə qəbul edib. Qətnamədə İranda Məhsa Əmininin polis nəzarətində ölməsindən sonra başlayan etirazlara görə verilən edam hökmləri pislənilib və saxlanılan nümayişçilərin sərbəst buraxılmalı olduğu bildirilib.
Qeyd edək ki, hazırda 191 ölkənin iştirakçısı olduğu saziş 1970-ci il martın 5-də qüvvəyə minib. Üç əsas prinsip üzərində qurulmuş NPT - İran Nüvə Silahlarının Yayılmaması Sazişinin nin əsas məqsədləri nüvə silahının yayılmaması, nüvə enerjisindən mülki məqsədlər üçün istifadə və nüvə tərksilahı kimi məsələlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB