Yaxın günlərdə Braziliya və Argentinanın hakimiyyət orqanları iki dövlət üçün ümumi valyutanın yaradılması üzrə işlərə başlandığını elan etmək niyyətindədirlər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” qəzeti yazıb.
İddialara görə, bu planların açıqlanması Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın Argentinaya yanvarın 22-nə planlaşdırılan səfəri zamanı baş tutacaq.
Maraqlıdır ki, Argentinanın İqtisadiyyat naziri Sergio Massa da artıq vahid valyuta üçün lazım olan parametrlərin tədqiqinə başlamaq barədə qərar verildiyini gizlətməyib.
Belə ki, Buenos-Ayresdə iki ölkənin prezidentləri görüş zamanı digər məsələlərlə yanaşı, Braziliyanın “sur” (“cənub”) adlandırmağı təklif etdiyi yeni valyutanın adını da müzakirə edəcəklər.
O da qeyd edilir ki, vahid valyutanın yaradılması Latın Amerikasında regional ticarəti əhəmiyyətli dərəcədə stimullaşdıracaq və bu ölkələrin ABŞ dollarından asılılığını azaldacaq,
Onu da qeyd edək ki, digər Latın Amerikası ölkələrinin də vahid valyuta layihəsinə qoşulmağa dəvət olunacaqları istisna edilmir.
Bu arada Belarus Xarici İşlər Nazirliyi Braziliyada yaşayan vətəndaşlarına bu ölkədə təhlükənin artması ilə əlaqədar insanların sıx olduğu yerlərdən uzaq durmağı tövsiyə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB