Polşadan qalxan sərnişin təyyarəsinin pilotu laynerdə bomba olması barədə xəbərdarlıq edib
Təyyarədə bomba var?

Polşadan havaya qalxan İrlandiyanın “Ryanair” şirkətinin “Boeing 738” tipli təyyarəsinin pilotu göyərtədə bomba olması barədə xəbərdarlıq siqnalı göndərib. Təyyarə F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına doğru uçub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hava limanı təyyarənin qəbulu üçün hazır vəziyyətə gətirilib. Polşanın Katovitse şəhərindən Afinaya uçan təyyarə yerli vaxtla saat 17:45-də eniş edib və içərisində 192 nəfər olub.

Laynerdə axtarış aparılması üçün sərnişinlər təxliyə edilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə