Kollektiv Qərb ölkələrindən Ukraynaya tankların çatdırılması sonda Avropanı əsl radioaktiv qəbiristanlığa çevirə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Britaniyanın “Daily Mail”in köşə yazarı Piter Xitçens bildirib.
Beləliklə, rusların yazdığına görə, guya Xitçens NATO ölkələrinin Kiyevə tankların təhvil verilməsi qərarının düzgün düşünülmədiyini, Ukraynadakı münaqişənin uzanmasına kömək edəcəyini bildirib.
Jurnalistin fikrincə, Ukraynaya ağır silahların verilməsi ən böyük axmaqlıqdır və bu, düzəlməz nəticələrə gətirib çıxara bilər. Yəni Avropanın böyük hissəsinin radioaktiv qəbiristanlığa çevrilməsinə gətirib çıxara bilər.
... Xitçens hesab edir ki, ABŞ-ın Ukraynaya münasibətdə yürütdüyü siyasətə əl atmaq qətiyyən Britaniyanın maraqlarına uyğun deyil, çünki Kiyev rejiminə silah tədarükü yalnız münaqişənin gərginləşməsinə xidmət edir, lakin onun başa çatmasına kömək etmir.
Ona görə də, rusların istinad etdikləri Xitçens, Londonu Ukraynaya tanklar göndərmək əvəzinə, Ukrayna münaqişəsində kompromislər axtarmağa çağırır.
...Maraqlıdır, rusların məntiqinə görə, heç bir ölkə Ukraynaya kömək etməməlidir?
Və ruslar heç bir maneə görmədən bütün Ukraynanı zəbt etməlidirlər?
Bəs, sonra?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB