Finlandiya Rusiyanın 187 milyon avro dəyərində aktivlərini dondurdu

Finlandiya Rusiyanın 187 milyon avro dəyərində aktivlərini dondurdu

Bu arada Finlandiya 1300-dən çox Rusiya vətəndaşına məxsus 187 milyon avro dəyərində aktivlərini dondurub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri ötən gün Finlandiyanın “Yle” qəzeti yayıb.

Belə ki, Finlandiyada Borc yığım orqanının 187 milyon avro dəyərində aktivləri dondurduğunu yazan nəşr, bütün aktivlərin Finlandiya ölkəsinin sanksiya siyahısında 1300-dən çox adamın olduğu Rusiya vətəndaşlarına məxsusluğunu da gizlətməyib.

“Bunlar daşınmaz əmlak, səhmlər, avtomobillər, yaxtalar, təyyarələrdir. Yəni müxtəlif qiymətli əmlak”.

Qeyd edək ki, bunu isə Finlandiya Xarici İşlər Nazirliyinin Sanksiyalar şöbəsinin rəhbəri Pia Saarivaara bildirib.

Yeri gəlmişkən, qeyd edək ki, məhdudiyyətlərə düşən ruslar arasında ən məşhuru paytaxtın Helsinki-Halli arenasının sahiblərindən olan rusiyalı iş adamı Gennadi Timçenkodur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə