Boris Conson Kiyevdə Vladimir Zelenski ilə görüşüb

Boris Conson Kiyevdə Vladimir Zelenski ilə görüşüb

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonla görüşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə o, yanvarın 22-də Telegram kanalında yazıb.

Beləliklə, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bu gün Ukraynaya səfər edib. Ukrayna KİV-lərinin yazdığına görə, britaniyalı siyasətçi Kiyev vilayətindəki Buça və Borodyankada olub.

Bir az sonra Conson və Zelenski Kiyevdə görüşüblər.

“Kiyevə xoş gəlmisiniz, Ukraynanın əsl dostu Boris Conson. Boris, dəstəyinizə görə təşəkkür edirəm”.

Qeyd edək ki, Zelenski öz Telegram səhifəsində Britaniyanın keçmiş baş naziri ilə görüşündən videogörüntüləri yerləşdirərək yazıb.

Videoda Britaniyanın keçmiş baş naziri Ukrayna prezidentini və onun administrasiyasının üzvlərini salamlayır, bundan sonra Vladimir Zelenski ilə Boris Conson arasında birbaşa söhbət başlayır, lakin onun təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisində xüsusi əməliyyatı başlayandan bəri Boris Conson Kiyevə üç dəfə, o cümlədən Böyük Britaniyanın baş naziri postundan istefa verməsi ərəfəsində də gəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə