“Qurani-Kərim”lə düşmənlik deyil, dostluq edin”

“Qurani-Kərim”lə düşmənlik deyil, dostluq edin”

Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Erbaş ifrat sağçı siyasətçi Rasmus Paludanın İsveç rəsmilərinin icazəsi ilə Türkiyənin Stokholmda İsveç səfirliyi qarşısında Qurana hörmətsizlik etməsinə reaksiya verib.

Ə.Erbaş sosial media hesabından “Quran dostları, sübh namazına gedək”-deyə səslənərək hər kəsi məscidlərdə Quran oxumağa çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, çağırışa cavab olaraq Türkiyənin bütün məscidlərində camaat sübh namazında bir araya gəlib.

Əli Ərbaş paytaxt Ankaranın Hacı Bayram Vəli məscidində vətəndaşlarla birlikdə namaz qılıb, sübh namazı qılıb, sonra çıxış edərək deyib: “Bəşər övladları olaraq bu dünyada bir yerdə yaşamaq üçün bir-birimizin inancına, kitabına, irqinə hörmət etməliyik. İslamın ən mühüm prinsiplərindən biri budur ki, hətta müharibə şəraitində belə bir çox şeylər toxunulmazdır: uşaqlar, qadınlar, silahsızlar və ibadətgahlar. Müxtəlif dinlərə mənsub adamların müqəddəs saydıqları kitablar toxunulmazdır.

“Qurani-Kərim”lə düşmənlik deyil, dostluq edin”.

Bütün xəbərlər Facebook səhifəmizdə