ABŞ-da quş qripi epidemiyası yumurta istehsalını azaldıb deyə, inflyasiyanın da təsiri ilə qiymətlər rekord həddə çatıb.
2022-ci ilin fevralında başlayan quş qripi ilə əlaqədar ABŞ-ın 47 ştatında 60 milyona yaxın quş məhv edilib, xəstələnən toyuq sayı 43 milyonu ötüb.
Yumurta tədarükü təkrarlanan epidemiyalar səbəbindən kəskin şəkildə düşdüyü üçün ABŞ-ın yumurta ehtiyatı 2021-ci ilin sonu - 2022-ci ilin əvvəli arasında 29 faiz azalıb. SİA bu barədə xarici qaynaqlara istinad edir.
Dekabra qədər artan topdansatış yumurta qiymətləri Milad həftəsində rekord həddə çatıb. Belə ki, Milad həftəsi ilə müqayisədə ABŞ-da yumurtanın qiyməti 2022-ci ilin əvvəlində 267, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 210 faiz artıb.
Bəzi ərzaq mağazalarında üzvi (kənd) yumurtanın qiyməti 12, qeyri-üzvi yumurtanın isə təxminən 7 dollardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB