Belarusa qarşı yeni sanksiyaların tətbiqi müzakirə ediləcək

Belarusa qarşı yeni sanksiyaların tətbiqi müzakirə ediləcək

Avropa İttifaqı Belarusa qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqini müzakirə edir. Sanksiyalar paketinə ölkəyə silah və ikili təyinatlı texnikanın tədarükünə tam embarqo daxil ola bilər.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Almaniya digər dövlətlərin dəstəyi ilə Belarus sanksiyalarının Rusiya sanksiyaları ilə tam sinxronlaşdırılması ideyasına qarşı çıxır.

Berlin hesab edir ki, Belarus hərbçiləri Ukrayna münaqişəsində iştiraka fiziki olaraq qoşulmasalar da, Moskvaya qarşı məhdudiyyətlərlə fərqini göstərməlidirlər.

O da aydınlaşdırılır ki, hazırda Belarus guya Qərbdən bəzi silah elementlərini gətirə, sonra isə Rusiyaya ötürə bilər. Bunun fonunda Qərb liderləri silah və ikili təyinatlı avadanlıqlara tam embarqonun tətbiqini müzakirə edirlər.

Bundan başqa, sanksiyalar paketinə Aİ-dən Belarusa elektronika, məişət texnikası və dəbdəbəli malların ixracına qadağa da daxil ola bilər.

Bəzi ehtimallara görə, Belarus banklarının qara siyahıya salınacağı da güman edilir. Əslində bu, rusların Minskə getməsi və bankomatlardan valyuta çıxarması ilə bağlıdır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə