ABŞ prezidenti Cozef Baydenin Delaver ştatının Vilminqton şəhərindəki iqamətgahında aparılan axtarışlar nəticəsində daha 6 məxfi sənəd aşkar edilib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Baydenin 2009-2017-ci illərdə vitse-prezident olduğu dövrə aid məxfi sənədlər ortaya çıxmaqdadır.
ABŞ Ədliyyə Nazirliyinin (DoJ) müstəntiqləri Baydenin Vilminqtondakı iqamətgahında təxminən 13 saat davam edən axtarış aparıblar. Nəticədə 6 yeni məxfi sənəd tapılıb. Sənədlərin bəziləri Baydenin senator olduğu dövrə, bəziləri isə Barak Obamanın vitse-prezident olduğu dövrə aiddir.
Qeyd edək ki, Cozef Baydenin vitse-prezidentliyinin gizli sənədləri ilk dəfə 2022-ci ilin noyabr ayında bəlli olub. Faktla bağlı ABŞ Ədliyyə Nazirliyi araşdırmalara başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB