Kaliforniyanın Monterey Parkında (ABŞ) naməlum şəxsin Çin Yeni ili şənliyi zamanı insanlara atəş açması nəticəsində 10 nəfər ölüb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən “Los Angeles Times” qəzeti məlumat yayıb.
Beləliklə, qeyd etdiyimiz kimi, Çin Yeni ilini qeyd edərkən naməlum şəxs insanlara atəş açıb və bunun nəticəsində 10 nəfər ölüb, 16 nəfər isə yaralanıb.
Qeyd edək ki, atışma hadisəsi yanvarın 21-də yerli vaxtla axşam saat 10 radələrində Monterey Parkında (Los-Anceles) baş verib. Bu zaman parkda Çin Yeni ili münasibətilə təşkil edilən iki günlük festivala gələn bir neçə min insan olub.
Naməlum atəş açanın qaça bildiyi qeyd edilir. Amerika polisi atəş açan şəxsin hazırda axtarışda olduğunu, lakin naməlum hücumçu haqqında məlumatların çox az olduğunu bildirib.
Onu da qeyd edək ki, hücum edənin bənzərliyi və hansı silahdan atəş açdığı da hələ ki, məlum deyil.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB