Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə...
Rusiya Müdafiə Nazirliyi Moskva vilayətində S-300 sistemləri ilə hava hücumundan müdafiə təliminin keçirildiyini bildirib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən yazılı məlumata görə, Qərb Hərbi Qarnizonunun birlikləri ilə Moskva vilayətində hava hücumundan müdafiə təlimi keçirilib.
Manevrlər hərbi, sənaye və inzibati obyektlərə qarşı hava hücumlarını dəf etmək üçün təşkil olunub.
Təlim çərçivəsində həyata keçirilən saxta hücumların qarşısı S-300 hava hücumundan müdafiə sistemləri ilə alınıb.
Hərbi manevrdə 150-dən çox əsgər iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB