İsveçin Baş naziri Quranın yandırılmasını hörmətsizlik adlandırıb
İsveçin Baş naziri Ulf Kristersson Stokholmda Türkiyə səfirliyi yaxınlığında Quranın yandırılmasını hörmətsizlik adlandırıb.
SİA-nın "HaberGlobal"a istinadən məlumatına görə, Baş nazir müqəddəs qəbul edilən kitabların yandırılmasını böyük sayğısızlıq olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB