Burkina Faso hökuməti Fransa ordusunun ölkədən çıxarılmasını tələb edib
Burkina Faso hökuməti Fransadan ordusunu bir ay ərzində ölkədən çıxarmasını tələb edib. SİA xəbər verir ki, bu barədə ölkənin dövlət agentliyi məlumat yayıb.
Bildirilib ki, hökumət Fransanın ölkədəki hərbi mövcudluğunu tənzimləyən 17 dekabr 2018-ci il tarixli sazişi denonsasiya edib.
Xatırladaq ki, daha öncə Uaqduquda fransız qoşunlarının mövcudluğuna qarşı nümayiş keçirilib. Bu, ilk belə aksiya deyil. Keçən ilin noyabrında oxşar aksiya nümayişçi qrupları Fransa səfirliyinin ərazisinə və Fransa xüsusi təyinatlı qüvvələrinin yerləşdiyi paytaxt Kambuansdakı hava qüvvələri bazasına soxulmağa cəhd etdikdə polislə toqquşmaya çevrilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB