Sabah, bazar günü, yanvarın 22-də Gürcüstanda ölkənin dövlət məktəblərinin direktorlarının seçkiləri keçiriləcək - onlar Tbilisi vaxtı ilə saat 12:00-da başlayacaq və bir gün davam edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Gürcüstan Təhsil Nazirliyinin mətbuat xidməti xəbər verir.
Gürcüstanda dövlət məktəblərinin direktorları vəzifəsi üzrə müsabiqənin birinci mərhələsində 3,2 min namizəd iştirak edəcək.
“Sputnik Gürcüstan” xəbər verir ki, rəhbər vəzifələrə namizədlər qeydiyyatdan keçmək üçün imtahan başlamazdan bir saat əvvəl imtahan mərkəzinə gəlməli, özləri ilə şəxsiyyət vəsiqəsi və ya pasport gətirməlidirlər.
Qeyd edək ki, test imtahanı müddətinin beş saat olacağı göstərilir. Bundan əlavə, görmə qüsuru olan abituriyentlərə əlavə 30 dəqiqə vaxt veriləcək.
Beləliklə, test imtahanından müvəffəqiyyətlə keçdikləri təqdirdə, direktor vəzifəsinə namizədlər müsahibədən ibarət növbəti sertifikatlaşdırma mərhələsinə keçəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB