Türkmənistan parlamenti ikipalatalı sistemdən birpalatalı sistemə çevrilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Türkmənistanın rəsmi televiziyası məlumat yayıb.
Beləliklə, telekanal bildirib ki, Türkmənistan parlamenti palatalarının bu gün keçirilən birgə iclasının yekunlarına görə, ölkə konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı müvafiq konstitusiya qanunu layihəsi baxılması üçün Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova göndərilib. Prezident qanun layihəsinə baxıb və onu təsdiqləyərək imzalayıb.
Eyni zamanda, Türkmənistanda geniş səlahiyyətlərə malik Xalq Şurası yaradılıb, Qurbanqulu Berdiməhəmmədov Şuranın sədri təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB