"Bu, real görünmür"

Beynəlxalq Nüvə Enerjisi Agentliyinin Zaporojye Atom Elektrik Stansiyası ətrafında təhlükəsizlik zonası yaratmaq planı real deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu fikri Zaporojye vilayəti üzrə şura üzvü Vladimir Roqov deyib.

Onun dediyinə görə, Beynəlxalq Nüvə Enerjisi Agentliyinin Rusiya qoşunlarının çıxarılması və Zaporojye atom elektrik stansiyasının ətrafında demilitarizasiya zonasının yaradılması ilə bağlı planı real deyil.

Onun fikrincə, Atom Elektrik Stansiyasının tam təhlükəsizliyinə o halda nail olmaq olar ki, Ukrayna silahlı birləşmələri Zaporojye Atom Elektrik Stansiyasında atəş açmaq imkanından məhrum olsunlar.

Xatırladaq ki, bir müddət əvvəl Beynəlxalq Nüvə Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi regionda “vəziyyətin pisləşməsi” fonunda Zaporojye Atom Elektrik Stansiyasının ətrafında təcili təhlükəsizlik zonasının yaradılmasına çağırmışdı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə