Türkiyə İsveçi NATO-ya üzvlüklə bağlı öhdəlikləri pozmaqda ittiham edir
İsveç NATO-ya üzvlük prosesində Ankara qarşısında götürdüyü öhdəlikləri pozub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, Ankara İsveç və Finlandiyanın NATO alyansına qoşulması məsələsini ardıcıl olaraq “əngəlləyir” və bu ölkələri Türkiyədə terrorçu kimi tanınan hərəkatların nümayəndələrinə sığınacaq verdiyini israr edir.
Onu da qeyd edək ki, Türkiyə İsveç və Finlandiyaya terrorda iştirak edən şəxslərin siyahısını verib, lakin onlar hələ də Ankaraya verilməyib.
Söhbət Türkiyədə keçirilən kütləvi etirazlarda fəal iştirak edən Kürdüstan Fəhlə Partiyasının fəallarından gedir.
Türkiyə məhz buna görə, də Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq ərizələrini ratifikasiya etməkdən imtina edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB