Fransada fəaliyyət göstərən Rusiya telekanalı bağlanıb

Fransada fəaliyyət göstərən Rusiya telekanalı bağlanıb

Rusiyanın “RT France” kanalı bağlanıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə kanalın rəhbəri Kseniya Fyodorova məlumat verib.

Qeyd edək ki, baş ofisi Parisdə yerləşən və fransız dilində yayımlanan telekanal 2017-ci ildə açılmışdı. Ötən ilin martından kanalın fəaliyyətinə qadağa qoyulub. Dekabr ayında isə Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalar paketi çərçivəsində “RT France”ın bank hesabları bloklanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə