Xəbər verildiyi kimi, Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında yerli fəallar Quranı yandırıblar.
Maraqlıdır ki, isveçli radikal Rasmus Paludan əməlinə haqq qazandıraraq, bu yolla tam söz azadlığı və demokratiya nümayiş etdirmək istədiyini bildirib.
“İsveçin paytaxtı Stokholmda Türkiyənin səfirliyi qarşısında Quran yandırılır”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə ultrasağçı Stram Kurs partiyasının nümayəndələri “Facebook”da video paylaşıblar.
“Quran yandırılması nifrətin təzahürüdür”.
Bunu isə Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan İsveç səfirinə Mövlud Çavuşoğlu tərəfindən bildirilib. Türkiyəli nazirin sözlərinə görə, bu cür hərəkətləri ifadə azadlığı adlandırmaq olmaz.
Bu arada Küveytin xarici işlər naziri Salem Abdullah əl-Cabir əs-Sabah da İsveçdəki aksiyanı pisləyib. Onun fikrincə, müqəddəs kitabın yandırılması “dünya müsəlmanları arasında hiddət hissləri” yarada, onlar üçün “təhlükəli təxribata” çevrilə bilər.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bir müddət əvvəl İsveçin müdafiə naziri Paul Jonssonun yanvarın 27-də Türkiyəyə planlaşdırılan səfərinin baş tutmayacağını bildirib. Nazir görüşün ləğvini Stokholmda Türkiyə əleyhinə nümayişlər və aksiyalarla izah edib.
Yeri gəlmişkən bir müddət bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveç və Finlandiyanın 130-a yaxın terrorçunu Ankaraya təhvil verməkdən imtina etdiyini bildirmişdi.
Qeyd edək ki, o, Türkiyənin Skandinaviya ölkələrinin NATO-ya üzv olmaq ərizələrini ratifikasiya etməkdən imtina etməsini bununla izah edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB