Yardım paketlərinin bir hissəsi “qapalı qapılar arxasında” təsdiqlənib?

Yardım paketlərinin bir hissəsi “qapalı qapılar arxasında” təsdiqlənib?

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, Ramşteyn bazasında keçirilən görüşdə bəzi hərbi yardım paketlərinin “qapalı qapılar arxasında” razılaşdırıldığını bildirib.

“Bəzi hərbi yardım paketləri bağlı qapılar arxasında açıqlanıb. Müzakirələrin əhəmiyyətli hissəsi Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi ilə bağlı olub”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ukraynalı müdafiə naziri bildirib.

Qeyd edək ki, Almaniyanın Ramşteyn aviabazasında Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstəyin gücləndirilməsinə həsr olunmuş iclas başa çatıb. İclasda Kiyevə Qərb istehsalı olan əsas döyüş tanklarının verilməsi məsələsi xüsusilə aktuallaşıb. İclasda 50-dən çox ölkədən nümayəndə heyəti iştirak edib.

Yeri gəlmişkən Ukraynaya ən böyük hərbi yardım paketi ABŞ tərəfindən veriləcək. Onun dəyəri 2,5 milyard dollardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə