ABŞ Avropada dünya müharibəsi yaratmaq istəyir?

ABŞ Avropada dünya müharibəsi yaratmaq istəyir?

Bu arada fransalı siyasətçi Florian Filippo ABŞ-ı Avropada dünya müharibəsi yaratmağa çalışmaqda ittiham edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, keçmiş deputat bu fikri bir gün əvvəl öz “Tvitter” hesabında səsləndirib.

Filippoya görə, amerikalı “şahinlər” Avropada dünya müharibəsi istəyirlər. Fransalı siyasətçinin fikrincə, ABŞ-ın təzyiqi ilə Ukraynaya hər gün daha çox silah göndərən avropalı siyasətçilərin hərəkətlərini yalnız bununla izah etmək olar.

Filipponun fikrincə, Amerika “şahinləri”nin təzyiqi altında Avropa İttifaqı ölkələri Zelenskiyə getdikcə daha ağır silahların tədarükü ilə bağlı total deliryuma düşürlər. Belə görünür ki, Amerika “şahinləri” Avropada dünya müharibəsi istəyirlər.

Bununla yanaşı, Avropa Parlamentinin keçmiş deputatı Fransa prezidenti Emmanuel Makronun buna “hətta Leclerc tanklarını da bağışlamağa!” hazır olduğunu da xatırladıb.

Xatırladaq ki, Florian Filippo bir müddət əvvəl Zelenskinin ABŞ-a səfərinin Üçüncü Dünya Müharibəsinin müjdəçisi olduğunu bildirmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə