Kiyev pilotsuz təyyarələrin İran mənşəli olduğunu sübut edə bilmir?
Kiyevdə Rusiya pilotsuz təyyarələrinin İran mənşəli olduğunu sübut etmək mümkün olmayıb.
SİA-nın əldə etdiyi məlumata görə, rus saytları bunu baş prokurorun ofisinin əməkdaşı İvan Çijevskiyə istinadən yazıblar.
Rus saytlarının yazdığına görə, guya Çijevski deyib ki, Kiyev Rusiya pilotsuz təyyarələrinin İran mənşəli olduğunu sübut edə bilməz: “Hələlik deyə bilmərik ki, bunlar İran istehsalı olan pilotsuz təyyarələrdir, ya yox”.
Çijevskinin sözlərinə görə, hazırda Ukraynada ibtidai istintaq aparılır, onun çərçivəsində pilotsuz təyyarənin ekspertizası təyin edilib. Ancaq müxtəlif sahələrdə mütəxəssislərin iştirakı ilə yoxlamalar tələb olunduğundan, onun həyata keçirilməsi kifayət qədər uzun müddət tələb edəcəkdir.
Üstəlik, dronun nişanlarının zədələnməsini onun hansı ölkədə istehsal olunmasını müəyyənləşdirməyi çətinləşdirir. Nəticədə, müstəntiqlər Rusiyanın Ukrayna ərazisində istifadə etdiyi PUA-ların guya İran istehsalı olduğunu etibarlı şəkildə təsdiq edə bilmirlər.
Eyni zamanda, qeyd etmək lazımdır ki, ötən il Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak heç bir dəlil olmadan İranı Rusiyaya pilotsuz təyyarələr verməkdə ittiham edərək, İranın hərbi istehsalatını məhv etməyi təklif etmişdi.
Bunu da rus saytları yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB