...Ukrayna və kollektiv Qərb ölkələri ilə münaqişə Rusiyanın qalib gələcəyi “yeni Vətənpərvərlik” müharibəsidir.
SİA-nın belarus saytlarından əldə etdiyi məlumata görə, bu fikri yanvarın 21-də Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev öz Teleqram kanalında bildirib.
Qeyd edək ki, ötən gün Madriddə keşirilən Yeni İqtisadiyyat Forumunun mükafatlandırma mərasimi zamanı Josep Borrell, Rusiyanın həmişə “sona qədər mübarizə aparmağa” öyrəşdiyini qeyd edərək, dünya ictimaiyyətini bununla bağlı Kiyevə hərbi dəstək verməyə davam etməyə çağırmışdı.
Avropa diplomatiyasının rəhbərinin bəyanatlarını şərh edən Dmitri Medvedev hazırkı münaqişəni “Böyük Vətən Müharibəsi” (?) adlandırıb.
Bununla yanaşı, rusiyalı səlahiyyətli, Josep Borrelin özü Ukrayna nasistlərini 1941-ci ildə Sovet İttifaqına hücum edən nasistlərlə müqayisə edərək, bənzətmə apardığını bildirib.
Maraqlıdır ki, Borrellə bəzi “şəbədələr qoşan” Medvedev, Napoleon və Hitleri məğlub etdiklərini yadına salır.
Ukronasistlər və Qərbi Avropanın Rusiyaya qarşı vuruşanların birbaşa varisləri olduğunu deyən Medvedev, deyildiyi kimi, bu müharibəni “vətən müharibəsi” adlandırır, amma...
Əslində, Medvedev “unudur” ki, “vətən müharibəsi” zamanı Napoleona qarşı təkcə ruslar deyil, həm ukraynalı, həm belaruslar da vuruşurdular.
Medvedevin bu münaqişəni “Böyük Vətən Müharibəsi” adlandırması isə heç yerinə düşmür. Çünki o vaxt ruslarla çiyin-çiyinə vuruşan 15 müttəfiq respublikadan Rusiyanın yanında təkcə Belarusiya qalıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB