Bolqarıstan prezidenti Rumen Radev, qlobal münaqişə riski səbəbindən Kiyevə silah tədarük etməməyə çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu bolqar prezident “Darik” radiosuna müsahibəsində bildirib.
“Ən mühüm dəyər sülh və insan həyatıdır. Kiyevə silah tədarükü o deməkdir ki, biz yanğını benzinlə söndürürük, bu, daha çox qurbanların olacağını etiraf etmək deməkdir”-deyən Radevin fikrincə, Ukraynaya hərbi yardım bir tərəfin məğlubiyyətinə qədər hərbi əməliyyatların aparılmalı olduğu, ölkəni qlobal münaqişəyə cəlb edəcək və nüvə silahının özünü məhv etməsinə qədər ciddi nəticələrə səbəb olacağı mövqeyi ilə razılaşmaq deməkdir.
Radevə görə, Bolqarıstan Ukraynadakı münaqişəni dəstəkləməməlidir.
“Bu gün kifayət qədər silahımız yoxdur, amma bir anda kifayət qədər insanımız yoxdursa, onda nə edəcəyik?”
Bunu da bolqar prezident sual kimi qoyur.
O, qeyd edib ki, Ukraynadakı qarşıdurma getdikcə daha şiddətli xarakter alır və əhatə dairəsini genişləndirir ki, bu da qlobal iqtisadi fəlakətə gətirib çıxaracaqə
Maraqlıdır ki, Radev bunun artıq Avropa sakinlərinin də hiss etdiklərini etiraf edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB