Türkiyə vətəndaşlarına Myanmaya səyahət etməmək tövsiyə edilib

Türkiyə vətəndaşlarına Myanmaya səyahət etməmək tövsiyə edilib

Türkiyə Myanmada davam edən fövqəladə vəziyyət və qarşıdurmalar səbəbindən vətəndaşlarına bu ölkəyə səyatət etməməyi tövsiyə edib.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda səfər etməyə məcbur olanlardan Türkiyənin Nepidodakı səfirliyi ilə əlaqə saxlamaları istənilib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Türkiyə vətəndaşlarına şəxsi təhlükəsizlikləri mövzusunda diqqətli olmaları tövsiyə olunub.
Xarici İşlər Nazirliyinin rəsmiləri Myanmadakı qeyri-qanuni iş elanlarına da diqqət çəkib.
Bəyanatda həmçinin Myanmanın sərhəd bölgələrində bəzi şəxs və ya qrupların internet vasitəsilə qeyri-qanuni iş elanları verdiyi və bu növ elanlara etibar edilməməsinin vacibliyi vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə