Hulusi Akar: ''İsveçli nazirin Türkiyəyə səfərini ləğv etdik''

Hulusi Akar: ''İsveçli nazirin Türkiyəyə səfərini ləğv etdik''

Türkiyənin milli müdafiə naziri Hulusi Akar İsveçin separatçı terror təşkilatı PKK/YPG tərəfdarlarının aksiyaları və Qurani-Kərimlə bağlı təxribat xarakterli hərəkətləri ilə bağlı tədbir görməməsini tənqid edib.
"İsveçin müdafiə naziri Pal Consonun yanvarın 27-də Türkiyəyə edəcəyi səfərin heç bir önəmi yoxdur. Bu səbəbdən səfəri ləğv etdik''. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Hulusi Akar Almaniyanın Ramşteyn Hərbi Hava Bazasında Ukrayna məsələi ilə bağlı keçirilən toplantını qiymətləndirib.
İsveç müdafiə naziri Pal Consonun Türkiyeyə planlaşdırılan səfərini qiymətləndirən Hulusi Akar Türkiyənin NATO-nun açıq qapı siyasətini hər zaman dəstəklədiyinə diqqət çəkib.

İyun ayında İspaniyanın paytaxtı Madriddə Türkiyə, İsveç və Finlandiya arasında imzalanan üçtərəfli memoranduma toxunan Hulusi Akar deyib:
"Bizim istədiyimiz yeganə şey bu memorandumdakı öhdəliklərin yerinə yetirilməsidir. Biz İsveç və Finlandiyanın öz üzərlərinə düşəni yerinə yetirməsini gözləyirik".
İsveçdə PKK/YPG tərəfdarlarının prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyəyə qarşı təxribat xarakterli hərəkətləri və İsveç polisinin Türkiyə səfirliyi qarşısında Quran-Kərimin yandırılacağı nümayişə icazə verməsi xəbərini xatırladan Hulusi Akar deyib: ''Onlara reaksiya verməmək qəbuledilməzdir. Bununla bağlı lazımi tədbrlər görülməli idi''.
Hulusi Akar bu məsələ ilə bağlı reaksiyasını İsveç müdafiə naziri Consona çatdırdığını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə