Boban İndiç 30 ildən sonra məhkəməyə gətirilib

Boban İndiç 30 ildən sonra məhkəməyə gətirilib

Bosniya və Herseqovina məhkəməsi 1992-1995-ci illərdə Bosniya müharibəsi zamanı qatardan 20 sərnişini qaçıraraq qətlə yetirən serblərin keçmiş hərbi komandiri Boban İndiçi 15 il həbs cəzasına məhkum edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, məhkəmə onu qətllərdə şərik olmaqda təqsirli bilib.

Xatırladaq ki, 1993-cü ilin fevralında Serb olmayan 20 mülki şəxs Strpce dəmir yolu vağzalında qatardan endirilərək onlara dğzülməz işgəncələr verildikdən sonra öldürülüblər. Qeyd edək ki, bu iş üzrə məhkəmə yeddi ildən çox idi ki, davam edirdi.

Birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verilə bilər. Məhkum məhkəmənin qərarı qanuni qüvvəyə minənədək həbsdə qalacaq.

Məhkəmə müəyyən edib ki, Indiç qatara pusqu quran və onun 20 sərnişinini qaçıran Bosniya serb əsgərləri və silahlı birləşmələrin üzvlərindən ibarət briqadanın tərkibində olub.

Onu da qeyd edək ki, Indic bölmənin digər səkkiz nümayəndəsi ilə birlikdə hələ 2015-ci ildə məhkəmə qarşısına çıxarılmışdı. Lakin 2021-ci ilin noyabrında onun işi ayrıca icraata ayrıldı.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə