Mahmud Abbas Türkiyəyə tәşәkkür edib

Mahmud Abbas Türkiyəyə tәşәkkür edib

Fələstin prezidenti Mahmud Abbas Türkiyənin Fələstin üçün əhəmiyyətinə diqqət çəkərək deyib:''Beynəlxalq arenada göstərdiyi dəstəyə görə Türkiyə Respublikasına və onun qurumlarına təşəkkür edirik”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Fələstin Dövlətinin başçısı Abbas işğal altındakı İordan çayının qərb sahilində Konstitusiya Məhkəməsinin sədri, professor Zühtü Arslan və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.

Ramallahda keçirilən görüşdə Türkiyənin Qüdsdəki baş konsulu, səfir Əhməd Rıza Dəmirər də iştirak edib.

Mahmud Abbas bildirib ki, Türkiyə İslam dini üçün müqəddəs olan yerləri qoruyur.

“Bütün beynəlxalq forumlarda Fələstinin yanında olduğu üçün Türkiyəyə təşəkkür edirik”,-deyə Mahmud Abbas vurğulayıb.

Türkiyə nümayəndə heyətinin yaydığı bəyanatda deyilir: ''Fələstin xalqı ilə həmrəyliyimizi hər platformada davam etdirəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə