Ukraynanın müdafiə naziri Oleksey Reznikov almaniyalı həmkarı Boris Pistorius ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Reznikov "Twitter"də məlumat yayıb.
Görüş zamanı "Leopard 2" tanklarının tədarükü ilə bağlı müzakirə aparılıb.
"Almaniyanın müdafiə naziri Boris Pistoriusu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdim. "Leopard 2" ilə bağlı səmimi söhbətimiz oldu", - o yazıb.
Reznikov Ukraynaya hərbi yardıma və Ramşteyndəki qonaqpərvərliyə görə Almaniya hökumətinə və alman xalqına təşəkkür etdiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB