Çində ölənlərin sayı artıb

Çinin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində avtomobil tunelinin yaxınlığında qar uçqunu nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Axtarış-xilasetmə əməliyyatı cümə günü axşam başa çatıb. Xilasedicilərin sözlərinə görə, faciəyə səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər.

Xilasetmə əməliyyatlarına mindən çox insan cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə