ABŞ-ın defoltu ABŞ iqtisadiyyatında tənəzzülə səbəb olmaqla yanaşı, qlobal maliyyə böhranına da səbəb ola bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkənin maliyyə naziri Canet Yellen CNN-ə müsahibəsində bildirib.
Maliyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, planlı ödənişlərin həyata keçirilə bilməməsi ABŞ-ın borc öhdəliklərinin reytinqinin aşağı salınmasına səbəb olacaq. Bu, şübhəsiz ki, dolların dünya üzrə əməliyyatlarda istifadə olunan ehtiyat valyuta rolunu sarsıdacaq.
Qeyd edək ki, bir müddət bundan əvvəl Ağ Ev ABŞ-ın dövlət borcunun artırılması şərtlərini Konqreslə müzakirə etməkdən imtina edib. Belə ki, ölkə hakimiyyəti qanunvericiləri borc tavanının artırılması ilə bağlı dərhal qərar verməyə çağırıb.
Yanvarın 19-da ABŞ Maliyyə Nazirliyi 31,4 trilyon dollar səviyyəsində müəyyən edilmiş dövlət borcunun maksimum səviyyəsinə çatdıqdan sonra defoltdan qaçmaq üçün fövqəladə tədbirlər görəcəyini elan edib. Onu da qryd edək ki, hazırda ölkənin ödənilməmiş borcu 31,38 trilyon dolları ötüb.
Xatırladaq ki, 2022-ci ilin dekabrında respublikaçı senator Mardjori Teylor Qrin, ölkə hakimiyyətinin Ukraynaya kömək edərkən artan xarici borc haqqında düşünmədiyini bildirmişdi.
Onun sözlərinə görə, ABŞ-ın vergi ödəyiciləri ayda 1,5 milyard dollar vergi ödəyirlər, ABŞ-ın xarici borcu isə gündə təxminən 6,4 milyard dollar artır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB